DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 qarşılaşma baş tutacaq
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün daha 8 qarşılaşma baş tutacaq.
Sportline.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisinin rəqiblərindən İslandiya evdə Ukraynanı qəbul edəcək.
A qrupunda Almaniya Lüksemburqla üz-üzə gələcək. B qrupunda İsveç və İsveçrə milliləri münasibətlərə aydınlıq gətirəcəklər.
DÇ-2026
Seçmə mərhələ
10 oktyabr
A qrupu
22:45. Almaniya - Lüksemburq
22:45. Şimali İrlandiya - Slovakiya
Xal durumu: Slovakiya - 6, Şimali İrlandiya, Almaniya - 3, Lüksemburq - 0.
B qrupu
22:45. İsveç - İsveçrə
22:45. Kosovo - Sloveniya
Xal durumu: İsveçrə - 6, Kosovo - 3, İsveç, Sloveniya - 1.
D qrupu
22:45. Fransa - Azərbaycan
22:45. İslandiya - Ukrayna
Xal durumu: Fransa - 6, İslandiya - 3, Ukrayna, Azərbaycan - 1.
J qrupu
18:00. Qazaxıstan - Lixtenşteyn
22:45. Belçika - Şimali Makedoniya
Xal durumu: Şimali Makedoniya - 11, Belçika, Uels - 10, Qazaxıstan - 3, Lixtenşteyn - 0.