Elis Manolova dünya çempionluğunu əldən verdi

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasındakı dünya çempionatının dördüncü yarış günündə Azərbaycanın qadınlardan ibarət yığmasının son iki üzvü döşək üzərinə çıxıb. 

SportLine.az-ın məlumatına görə, Alyona Kolesnik (57 kq) təsnifat, Elis Manolova (65 kq) 1/8 final mərhələsindən mübarizəyə başlayıb. Manolova Monqolustan təmsilçisini çətinlik çəkmədən üstələdikdən sonra Rusiya güləşçisinə rəqib olub. Görüşün gedişində 2:8 hesabı ilə geri düşən azərbaycanlı pəhləvan sona 1 dəqiqə qalmış tuşe ilə qalib gələrək, yarımfinala yüksəlib. Finala gedən yolda isə o, isveçli rəqibini yenib. Həlledici qarşılaşmada Manolovanın rəqibi yaponiyalı Ayana Qempey olub. Görüş Qempeyin qələbəsi ilə yekunlaşıb. Nəticədə Azərbaycanın qadın güləşçilərindən də heç kim dünya çempionu ola bilməyib. "Gümüş" qazanan Manolova yeganə medalçı olub.  

Kolesnik isə təsnifat mərhələsində türkiyəli pəhləvana böyük hesabla qalib gəlsə də, 1/4 finalda kanadalıya müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Kolesnik təsəlliverici görüşə çıxıb. O rəqibini üstələyərək bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb. Təsəlliverici qarşılaşmada macarıstanlı pəhləvanı asanlıqla yenən Kolesnikin qarşısını bürünc medal görüşündə Monqolustan təmsilçisinə yenilərək, 5-ci yerlə kifayətlənib. 

Dünya çempionatı

57 kq

Bürünc medal görüşü - Alyona Kolesnik - Tserençimed Suxee (MGL) - 3:11

Təsəlliverici görüş. Alyona Kolesnik - Tamara Dollak (HUN) - 13:3

1/4 final. Alyona Kolesnik - Aleksandria Rebekka Taun (CAN) 0:10

Təsnifat. Alyona Kolesnik - Elif Yanik (TUR) 6:0

65 kq

Final. Elis Manolova - Ayana Qempey (JPN) - 3:7

1/2 final. Elis Manolova - Moa Lena Mariya Niqren (SWE) 8:4

1/4 final. Elis Manolova - Mariya Kuznetsova (RUS) +:- (tuşe)

1/8 final. Elis Manolova - Bolortuya Xurelxuu (MGL) 5:1