DÇ: Son gündə daha 4 güləşçimiz mübarizəyə qoşulur

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Son yarış günündə 65, 70, 74 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulur. 

Sərbəst güləş yarışlarının ilk günündə 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və sərbəst güləş tarixində ilk üçqat Dünya çempionu adını qazanıb. 

65 kq 
1/16 final - Ağahüseyn Mustafayev - Lkhangarmaa Narmandax (MGL) (D xalçası)

70 kq 
1/16 final - Yuhi Fujinami (JPN) - Hacımurad Ömərov (AZE) (A xalçası)

74 kq 
1/16 final - Galymzhan Usserbayev (KAZ) - Cəbrayıl Həsənov (A xalçası)

97 kq 
1/16 final - Riza Yıldırım (TUR) - Aslanbek Alborov (D xalçası)