De Brüyn millidən kənarda
Belçika millisinin kapitanı Kevin De Brüyn milli komandanın oyunlarında iştirak etməyəcək.
Sportline.az xəbər verir ki, o, səhhətindəki problemlərlə bağlı belə qərara gəlib.
Bu haqda komandanın baş məşqçisi Domeniko Tedesko məlumat verib.
"Onunla uzun-uzadı telefonla danışdım. Zədəsi olduğunu və bu səbəbdən oktyabr və noyabrdakı oyunlarda komandaya kömək edə bilməyəcəyini dedi. Bununla belə Kevinin ürəyinin milli komanda ilə döyündüyünə əminəm", - deyə Tedesko Belçika mətbuatına açıqlamasında bildirib.
Qeyd edək ki, Belçika millisini qarşıda İtaliya və Fransa seçmələri ilə oyunlar gözləyir.