De Brüyne Hazardı qabaqladı

Kevin De Brüyne Belçika millisində Eden Hazardı geridə qoydu.

Sportline.az xəbər verir ki, Belçika yığmasının təcrübəli yarımmüdafiəçisi Kevin De Brüyne DÇ-2026-nın seçmə mərhələsində Qazaxıstana qarşı keçirilən oyunda (6:0) uğurlu çıxışı ilə yeni rekorda imza atıb.

“Napoli”nin 34 yaşlı futbolçusu bu qarşılaşmada 2 dəfə rəqib qapısına yol tapıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu nəticə ilə o, yığma komandadakı qol sayını 34-ə çatdırıb və millinin keçmiş ulduzu, “Çelsi” və “Real”ın sabiq oyunçusu Eden Hazardı (33 qol) geridə qoyub.