De Byazinin köməkçiləri bilindi

Millimizin yeni baş məşqçisi Canni De Byazinin daha 2 köməkçisi məlum olub.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Benni Karbone və Klaudio Beluççi də millinin məşqçilər korpusunda yer alacaq.

Karbone son olaraq 2017/2018 mövsümündə yerli "Krotone"də köməkçi məşqçi işləyib. Beluççinin son klubu isə "Albissolo" (2018/2019) olub.

Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən Ansi Aqollinin də Azərbaycan millisində çalışacağı gözlənilir.

AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.