De Yonq Paris yolunda
"Barselona"nın yarımmüdafiəçisi Frenki De Yonq yayda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
28 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 34 oyunda 1 qol, 8 asistlə yadda qalıb.
Qeyd edək ki, F.De Yonqun transfer qiyməti 70 milyon avrodur.