Del Pyero da Səudiyyə Ərəbistanına yollanır

"Yuventus" və İtaliya millisinin sabiq hücumçusu Alessandro Del Pyero "Əl-Nəsr"lə danışıq aparır.

Sportline.az Calciomercato nəşrinə istinadla xəbər verir ki, məşhur futbol ulduzuna idman direktoru vəzifəsi təklif olunub.

Onun danışıqlara başlamaq üçün bu gün Ər-Riyada yollanacağı bildirilir.

Qeyd edək ki, "Əl-Nəsr" Kriştianu Ronaldunun formasını geyindiyi klubdur.