Dele Alli futbola qayıdır
Son olaraq “Beşiktaş” forması geyinən 28 yaşlı ingiltərəli yarımmüdafiəçi Dele Alli kariyerasını İtaliyada davam etdirə bilər.
Sportline.az “GOAL” saytına istinadən xəbər verir ki, A seriyasında çətin günlər keçirən "Cenoa" ukraynalı futbolçu Ruslan Malinovskinin zədələnməsindən sonra bir müddət "Beşiktaş"da da çıxış edən Dele Allini heyətinə qatmağı planlaşdırır.
İtaliya mətbuatının yazdığına görə, Antonio Kandreva ilə danışıqları dayandırn “Cenoa”, 28 yaşlı ingiltərəli futbolçu ilə əlaqə saxlayıb.
"Venesiya" ilə matçda topuğundan zədə alan Malinovski 5 aylıq sıradan çıxıb. "Cenoa" isə ən ideal variant kimi Dele Allini görür.
Qeyd edək ki, Dele Alli karyerasında meydana çıxdığı 281 matçda 74 qol və 64 asistlə yadda qalıb.