Dembele tarixə düşdü

Usman Dembele İspaniyanın "Barselona" klubunun tarixinə düşüb.

Sportline.az xəbər verir ki, 25 yaşlı hücumçu buna "Atletik"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın XI tur oyununda nail olub.

12-ci dəqiqədə hesabı açan fransalı forvard Kataloniya təmsilçisinin çempionatdakı 4000-ci qolunu vurub.

Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir.

Banner