Dəniz Yılmaz dubl etdi, "Bursaspor" növbəti mərhələdə
Azərbaycan millisinin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" Türkiyə Kubokunun 3-cü təsnifat mərhələsində “Tarsus İdmanyurdu” ilə qarşılaşıb. SportLine.az xəbər verir ki, görüş "timsahlar"ın qələbəsi ilə yekunlaşıb - 4:0.
Bu nəticə ilə "Bursaspor" növbəti mərhələyə adlayıb.
D.Yılmaz meydana start heyətində daxil olub. Futbolçu 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.