Dəniz Yılmaz oynamadı, komandası "Qalatasaray"a uduzdu

Türkiyə Superliqasında 29-cu turun iki oyunu keçirilib.

SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib. Matç İstanbul klubunun qələbəsi ilə yekunlaşıb - 5:0.

D.Yılmaz bu oyunda iştirak etməyib.

Digər matçda isə "Osmanlıspor" "Konyaspor"la üz-üzə gəlib. Görüşdə hesab açılmayıb.