Denzel Dumfiris İngiltərəyə köçür

"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Lİnterista" nəşri məlumat yayıb.

"Mançester Yunayted" və "Aston Villa" 30 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, D.Dumfiris cari mövsüm meydana çıxdığı 24 matçda 5 qol, 1 asistlə yadda qalıb.