Denzel Dumfiris İspaniya nəhənginə keçə bilər

"İnter"in niderlandlı futbolçusu Denzel Dumfiris "Barselona"nın maraq dairəsindədir.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu Dumfiris üçün "İnter"lə danışıqlara başlayıb.

29 yaşlı sağ cinah müdafiəçisinin klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Dumfiris bu mövsüm çıxış etdiyi 41 matçda 10 qol 6 asistlə yadda qalıb.

Onun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

Xatırladaq ki, Dumfiris 2021-ci ilin yayında PSV-dən "İnter"ə 14.2 milyon avro qarşılığında transfer olmuşdu.