Denzel Dumfiris "Liverpul" yolunda
"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris yayda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, "Liverpul" 30 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, D.Dumfiris cari mövsüm meydana çıxdığı 25 matçda 5 qol, 1 asistlə yadda qalıb.