Derbinin vaxtı bəlli oldu
Türkiyə Superliqasının 30-cu turu çərçivəsində keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" matçının vaxtı açıqlanıb. SportLine.az xəbər verir ki, “Vodafone Arena”da keçiriləcək oyun 7 may, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qeyd edək ki, komandaların superliqanın ilk dövrəsində Kadıköydə keçirilən oyunu qolsuz bərabərliklə başa çatıb.