Devinson Sançes: “Mən “Qalatasaray”da xoşbəxtəm

“Qalatasaray”ın kolumbiyalı futbolçusu Devinson Sançes klubda qalacağı açıqlayıb.

Sportline.az “Nexus Sports” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Qalatasaray”da xoşbəxt olduğunu söyləyib.

“Mən “Qalatasaray”da xoşbəxtəm. Burada qalmaq istəyirəm. “Real Madrid”in mənimlə maraqlandığını bilirəm. Lakin mən “Qalatasaray” futbolçusuyam”, - deyə Devinson Sançes bildirib.

Qeyd edək ki, “Real Madrid” Devinson Sançes üçün “Qalatasaray”a 25 milyon avro ödəməyə hazır olduğu bildirilir.