Deyvid "Yuventus"dan ayrılır

"Yuventus"un kanadalı futbolçusu Conatan Deyvid yayda klubdan ayrılmaq istədiyini açıqlayıb.

Sportline.az "Tuttosport"a istinadən xəbər verir ki, "Marsel" 26 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.

C.Deyvid bu təklifə müsbət yanaşır.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 39 matçda 7 qol, 5 asistlə yadda qalıb.