Di Mariya "Benfika"dan ayrıla bilər
"Benfika"nın argentinalı futbolçusu Anxel Di Mariya yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az insayder Eduardo Burqosun məlumatına istinadən xəbər verir ki, MLS klubları Di Mariani transfer etmək istəyir.
Təcrübəli futbolçunun "Benfika" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Di Mariya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 13 qol və 6 asistlə yadda qalıb.