Di Mariya depressiyadadır

PSJ-nin futbolçusu Anxel Di Mariya koronavirus pandemiyası səbəbindən futbolda yaranan fasiləyə görə psixoloji problemlər yaşayır.

Sportline.az "French Football News"a istinadən xəbər verir ki, Paris təmsilçisinin həkimi bununla bağlı klub rəhbərliyinə narahatlığını bildirilib. Onun sözlərinə görə, 32 yaşlı oyunçu yuxusuzluqdan əziyyət çəkir və hətta müvəqqəti depressiyaya düşüb. Bundan başqa, Di Mariyanın həyat yoldaşının qohumlarına ərinin zombi kimi davrandığını söylədiyi iddia edilib.

Qeyd edək ki, koronavirus səbəbindən Fransa Liqası erkən dayandırılıb və PSJ çempion elan olunub.