Dibala karyerasını ölkəsində davam etdirə bilər
“Boka Xuniors” Paulo Dibalanı transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Bununla belə, hazırda futbolçunun yanvar transfer pəncərəsində komandaya qoşulması ilə bağlı hər hansı rəsmi danışıqlar aparılmır.
Qeyd edək ki, argentinalı futbolçunun “Roma” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.