Dibala komandada qalır?

“Yuventus” futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalayacaq.

Sportline.az "Footbal Italia"ya istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən argentinalı hücumçu 2025-ci ilə kimi Turin klubunda çıxış edəcək. Tərəflərin artıq razılıq əldə etdiyi və Dibalanın sabah rəsmi müqaviləyə qol çəkəcəyi bildirilib..

​Qeyd edək ki, Dibalanın "Yuventus"la müqaviləsi 2022-ci ilə qədərədir.