Dik Advokat Hollandiya millisində
Hollandiya seçməsinin yeni baş məşqçisi müəyyənləşib. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, "narıncılar"ı bundan sonra Dik Advokat çalışdıracaq.
"Fənərbağça" ilə mövsümün sonunda müqavilə müddəti başa çatacaq mütəxəssi bundan sonra milli komandaya qoşulacaq.
Qeyd edək ki, Ruud Qullit D.Advokata köməkçi təyin edilib.