Din Haysen Avropa nəhənglərinin hədəfindədir

"Bormunt"un ispaniyalı futbolçusu Din Haysen mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Bavariya" Haysenin xidmətində maraqlıdır.

19 yaşlı stoperin transfer qiyməti 45 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Haysen cari mövsüm çıxış etdiyi 30 matçda 2 qol və 1 asistlə yadda qalıb.