"Dinamo Zaqreb" klubuna yeni baş məşqçi təyin olunub

Çempionlar Liqasında "Bavariya"ya qarşı alınan 9-2-lik məğlubiyyətdən sonra Serqey Yakiroviçlə yollarının ayıran "Dinamo Zaqreb"in yeni baş məşqçisi bəlli olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Xorvatiya klubunu bundan sonra Nenad Byelitsa çalışdıracaq. Təcrübəli mütəxəssislə yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı bildirilir.

Nenad Byelitsa daha əvvəl 2018-2020-ci illərdə Zaqreb klubuna rəhbərlik edib. O zaman komanda ardıcıl 2 mövsüm ölkə çempionatının qalibi olub.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis daha əvvəl "Trabzonspor", "Yunion Berlin" və "Lex Poznan" kimi klublarda işləyib.