"Dinamo"nun sabiq kapitanı "Spartak" ilə müqavilə imzalayıb

"Spartak" "Dinamo"nun sabiq oyunçusunu heyətinə cəlb edib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir, Moskva "Spartak"ı rəsmi olaraq Andrey Mironovun keçidini elan edib.

29 yaşlı Mironov 2012-ci ildən "Dinamo"da çıxış edirdi. O, klubda keçirilən oyunların sayına görə mütləq rekordçudur.

Andrey Mironov "Dinamo" ilə çıxdığı 644 oyunda 43 qol vurub, 130 asist edib.

Qeyd edək ki, "Spartak" ötən mövsüm KHL-in pley-off mərhələsinin 2-ci turunda 6 oyunun nəticəsinə görə "Metallurq Maqnitorsk"a (2-4) məğlub olaraq mübarizəni dayandırmışdı.