"Qaqarin kubok"u 2024-ün final seriyasının ən yaxşıları açıqlanıb

Bütün kateqoriyalarda “Metallurq” komandasının xokkeyçiləri qalib gəliblər.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, Qaqarin kubokunun 2023/2024 mövsümün ən yaxşı oyunçuları “Lokomotiv Yaroslavl” –  “Metallurq Maqnitoqorsk” oyunlarının nəticələrinə əsasən müəyyən edilib.

Final mərhələsinin ən yaxşı qapıçısı İlya Nabakov seçilib. Həlledici seriyada onun qapısına 114 zərbə endirilib ki, bunun 97.37%-ni qapıçı xilas edib.

Ən yaxşı müdafiəçi isveçli Robin Press seçilib.O, seriyada keçirilən 4 oyunda 3 asistlə yadda qalıb.

Ən yaxşı hücumçu mükafatını isə Aleksandr Petunin qazanıb. O, 4 oyunda 4 xal toplayıb və 2 asist edib.

Qeyd edək ki, seriyanı 4-0 hesablı qələbə ilə başa vuran “Metallurq” komandası mövsümü çempion tamamlayıb.