"Traktor" klubunun yeni baş məşqçisi açıqlanıb

Rusiyanın Hokkey klubu "Traktor"un yeni baş məşqçisi bilinib.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, Aleksandr Zavaruxinlə yollarını ayıran "Traktor"a bundan sonra kanadalı mütəxəssis Benua Qru rəhbərlik edəcək.

Kontinental Hokkey Liqasının 2023-2024 mövsümündə Traktor Zavaruxinin başçılığı altında bürünc mükafatın sahibi olub.

Benau Qru isə Çelyabinsk təmsilçisinə gələnə gədər 8 il "Tampa-Bey Laytninq" klubunun çalışdırıcısı olub.