Rusiyalı hokkeyçi diskvalifikasiya edilib

Rusiyalı hokkeyçi Maksim Makarov antidopinq qaydalarının pozulmasına görə 20 aylıq diskvalifikasiya edilib.

Sportline.az "TASS.ru" nəşrinə istinadən xəbər verir ki, analizlər 30 yaşlı hokkeyçinin dopinqdən istifadə etdiyini göstərib.

Cəza müddəti 2025-ci il avqustun 21-də başa çatacaq.

Qeyd edək ki, M.Makarov 2020-ci ildən Fransanın ikinci divizionunda çıxış edən "Marsel"in formasını geyinir.