Diomande İngiltərəyə gəlir
"Sportinq"in futbolçusu Usman Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Nyukasl Yunayted" 22 yaşlı stopperi heyətində görmək istəyir.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, U.Diomandenın meneceri İngiltərə klubu ilə danışıqlara başlayıb.
"Sportinq" afrikalı oyunçu üçün ən azı 40 milyon avro tələb edir.