Dioqo Dalot "Real Madrid"in hədəfindədir
"Real Madrid" "Mançester Yunayted"in portuqaliyalı futbolçusu Dioqo Dalotu heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.
26 yaşlı sağ cinah müdafiəçisinin transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 23 matçda 1 qol, 2 asistlə yadda qalıb.