Superkubok "Real"ındır
Bu gün UEFA Superkubokunun sahibi müəyyənləşəcək. Sportline.az xəbər verir ki, ötən mövsüm Çempionlar Liqasının qalibi olan “Real Madrid” ilə Avropa Liqasının qalibi “Mançester Yunayted” komandası Makedoniyada üz-üzə gələcək. Paytaxt Skopyedə keçiriləcək oyuda ədaləti italiyalı Canluka Rokki təmsil edəcək.
Qeyd edək ki, “Real Madrid” bunadək 3 dəfə (2002, 2014, 2016) UEFA Superkubokunu qazanıb, 2 dəfə (1998, 2000) isə həlledici qarşılaşmada uduzub. İkinci dəfə kubok muzeyinə aparmaq üçün meydana çıxacaq “Mançester Yunayted” isə buna 26 il əvvəl nail olub (1991, 1999, 2008).
UEFA Superkuboku
8 avqust
“Real” (Madrid, İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 2:1
QOLLAR: Kazemiro, 24 (1:0); İsko, 52 (2:0); Lukaku, 62 (2:1)
“Real”: Keylor Navas, Dani Karvaxal, Serxio Ramos, Rafael Varan, Marselo, Kazemiro, Toni Kroos, İsko, Luka Modriç, Qaret Beyl, Karim Benzema
“Mançester Yunayted”: David De Xea, Antonio Valensiya, Kris Smollinq, Lindolf, Darmian, Matiç, Andre Herrera, Pol Poqba, Henrik Mxitaryan, Cessi Linqard, Romelu Lukaku
Baş hakim: Canluka Rokki
Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati
Ehtiyat hakim: Rikkardo Di Fiore (hamısı İtaliya)
Dördüncü hakim: Klement Turpin (Fransa)
UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)
Makedoniya, Skopye. II Filip stadionu