Diyeqo Kostaya rekord təklif
Növbəti mövsüm iddialı transferlərlə gündəmə gəlmək niyyətində olan Çinin "Tyanjin Quançjin" klubu bu dəfə Diyeqo Kostaya rekord məbləğ təklif edib. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Çelsi"nin forvardı Super Liqada çıxış etməyə razılıq versə, həftəlik 650 min funt-sterlinq qazanacaq ki, bu da rekord məbləğdir.
Çin təmsilçisinin transferi mövsümün sonunda reallaşdıracağı gözlənilir.