Dominik Sobozlai :Mən "Milan" azarkeşiyəm

"Liverpul"un 23 yaşlı yarımmüdafiəçisi Dominik Sabozlai maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az Calcio Mercato nəşrinə istinadla xəbər verir ki, Sobozlai Çempionlar Liqasında "Milan"la qarşılaşmadan sonra niyə rəqibin formasını geyindiyini açıqlayıb.

"Darvini bilmirəm amma mən "Milan" azarkeşiyəm. Bütün dostlarım da bunu bilir. Budapeştdəki evimdə məni Paolu Maldini ilə tanış eliyən nənəmlə üçümüzün şəkli var.

Qeyd edək ki, Dominik Sabozlai 2023-cü ilin yayından "Liverpul"un şərəfini qoruyur.O, Mersisayd klubu ilə meydana çıxdığı 50 matçda 8 qol vurub,  5 asist edib.