Donald Gerye "Qarabağ"a qayıtdı

"Neftçi"dən ayrılan Donald Gerye "Qarabağ"a qayıdıb.

Sportline.az xəbər verir ki, haitili cinah futbolçusunun keçidi tezliklə rəsmi şəkildə açıqlanacaq.

Gerye sosial şəbəkə hesabında keçmiş klubuna qayıtdığını bəyan edib: "Evin sehrli tərəfi ayrılmağın yaxşı, geri dönməyin daha da yaxşı hiss etdirməsidir. Geri qayıtdım. Anlaşma tamamdır".

31 yaşlı futbolçu Ağdam klubu ilə 1+1 illik müqavilə imzalayacaq. Gerye ötən mövsüm "Neftçi"də 14 oyun keçirib, 1 qol vurub və 2 assist edib. Haiti millisinin üzvü 2017-2019-cu illərdə "Qarabağ"da oynamışdı.