Donald Gerye qızının ölümdən danışdı
"Qarabağ"ın haitili futbolçusu Donald Gerye ölkəsinin mətbuatına müsahibə verib. SportLine.az xəbər verir ki, “Le Nouvelliste” nəşrinin suallarını cavablandıran futbolçu, qızının ölümündən də danışıb.
"Miah doğulan zaman virusa yoluxmuşdu. Bu, anasının yaxın qohumu xəstəxanaya gələn zaman onu öpdüyü üçün baş vermişdi. Həmin qadının ağzının küncündə yara vardı, oradan qızıma virus keçmişdi. Bu virus yeni doğulan uşaqlar üçün çox təhlükəlidir və beyinə düşür. Virus tez yox olmasa, gələcəkdə uşağın ayaqlarının iflic olmasına gətirib çıxardır", - deyən D.Gerye, "Xoşbəxtlikdən iflic olmağın qarşısını almaq üçün virusa yoluxduğunu tez öyrənmişdik. Lakin bu, digər fəsadları önləmək üçün yetərli deyil. Virus məhv edilsə də, həkimlər bizi Miahda epileptik tutmanın olacağı barədə xəbərdar etmişdilər. Bu hal baş verən zaman ona təcili kömək etmək lazım idi. Tədricən bu cür tutmalar azalmışdı və Miah yaxşı idi. Lakin oktyabrın 13-də axşam vaxtı yataqda uzandığı vaxt tutma baş verib və Miah dünyasını dəyişib", - deyə bilidirib.
"Atletiko" ilə görüşə də toxunan haitili futbolçu, "Həmin oyunda qızım Miah üçün oynadım. Diqqət yetirsəydiniz, meydana qolumda Haiti bayrağı ilə çıxdğımı görərdiniz. Biz haitilər problemlərə və çətinliklərə öz mədəniyyətimizdən irəli gələn formada reaksiya veririk. Mənim üçün işim Miahı sevməyə davam etmək üçün yeganə vasitədir", - deyə əlavə edib.
Xatırladaq ki, Miah 1 yaş 6 aylığında dünyasını dəyişib.