Donnaruma ilin qapıçısı seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası 2025-ci ilin ən yaxşı qapıçısını açıqlayıb.

Sportline.az xəbər verir ki, qurumun səsverməsinə əsasən, “Mançester Siti”nin qapıçısı Canluici Donnarumma ilin ən yaxşı qolkiper seçilib.

İtaliyalı qapıçı 169 xal toplayaraq rəqiblərini böyük fərqlə geridə qoyub.

Səsvermədə Madrid “Real”ının qapıçısı Tibo Kurtua 65 xalla ikinci, “İnter”in isveçrəli qolkiperı Yan Zommer isə 59 xalla üçüncü pillədə qərarlaşıb.