Donnaruma İngiltərə nəhənginə transfer olmağa yaxındır

"Mançester Siti" "Paris Sen-Jermen"in italiyalı qapıçısı Canluici Donnarumanı transfer etməyə yaxındır.

Sportline.az xəbər verir ki, İngiltərə klubu PSJ ilə bütün məsələlərdə razılıq əldə edib.

Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, Donnaruma artıq "Paris Sen-Jermen" azarkeşləri ilə vidalaşıb.