"Donnarumma "Milan"a nankorluq etdi"

Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello "Milan"dan ayrılaraq PSJ-yə keçən Canluici Donnarumma haqda danışıb.

Sportline.az xəbər verir ki, o, "Corriere dello Sport"a açıqlamasında İtaliya millisinin qolkiperinin Milan klubundan ayrılmaq formasını düzgün hesab etməyib: "Ümüd edirəm ki, xoşbəxtdir. Çünki Avropa çempionatında millinin önəmli oyunçularından biri idi. Amma bunu da söyləmədən durmayacağam. Donnarumma PSJ-yə keçərək "Milan"a nankorluq etdi. Klubun ona və ailəsinə uşaqlıqdan etdiklərini nəzərə alaraq daha fərqli davranmalı idi".

Qeyd edək ki, Donnarumma yayda "Milan"la başa çatan müqaviləni yeniləməyərək PSJ-yə transfer olunub.