Donyel Malen “Roma”da
“Aston Villa”nın futbolçusu Donyel Malen icarə əsasında “Roma”ya keçib.
Sportline.az xəbər verir ki, bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı forvard cari mövsüm çıxış etdiyi 29 matçda 7 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, İtaliya klubu bu keçid üçün “Aston Villa”ya 2 milyon avro ödəyəcək. “Roma” oyunçunu birdəfəlik transfer etmək istəsə, 25 milyon avro ödəməli olacaq.