"Düdelanj" - "Qarabağ" matçının vaxtı dəqiqləşdi

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Düdelanj" - "Qarabağ" matçının başlanma vaxtı dəqiqləşib. SportLine.az xəbər verir ki, iyulun 20-si Lüksemburqda – “Yos Nosbaum” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş oyun 2:0 hesabı ilə Ağdam klubunun xeyrinə nəticələnmişdi.