"Düdelanj" - "Qarabağ" oyununun hakimləri açıqlandı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Düdelanj" - "Qarabağ" matçının təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, oyun Şotlandiyadan olan Kevin Klansiyə həvalə olunub.
Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. Oyunun dördüncü hakimi Robertson Donald olacaq.
Qeyd edək ki, "F91 Düdelanj" - "Qarabağ" matçı iyulun 20-si Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.