Dumfiris İngiltərədə çıxış edə bilər

"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris yayda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Lİnterista" nəşri məlumat yayıb.

"Mançester Yunayted" və "Aston Villa" 30 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Qeyd edək ki, Dumfirisin transfer qiyməti 25 milyon avrodur.