Dumfiris "Liverpul"a keçir
"İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfiris yayda "Liverpul"a keçidi gündəmdədir.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 21 milyon avro ödəməyə hazırdır.
29 yaşlı futbolçunun dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, D.Dumfiris cari mövsüm meydana çıxdığı 20 oyunda 3 qolla yadda qalıb.