Dünya çempionatı: Bu gün Olimpiadaya daha 2 lisenziya ola bilər
Azərbaycanın daha 3 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bu gün mübarizəyə qoşulacaqlar.
Sportline.az xəbər verir ki, millinin heyətində mundialda son olaraq Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar.
63 kq çəkidə yer alan Murad Məmmədovun 1/8 finaldakı rəqibi hələlik bəlli deyil.
Digər iki güləşçi həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kq) isə təsnifatında Viorel Burduya (Rumıniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.