Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatında növbəti yarımfinalçı müəyyənləşib.

Sportline.az xəbər verir ki, 1/4 finalda Ukraynaya 3:1 (18:25, 26:24, 25:19, 25:23) hesabı ilə qalib gələn Sloveniya millisi növbəti mərhələyə yüksəlib. Komanda finala gedən yolda İtaliya seçməsi ilə qarşılaşacaq.

1/4 finalın digər matçları bu gün keçiriləcək. Argentina Braziliyanı, Polşa isə ABŞ-ı sınağa çəkəcək.