Dünya çempionatı iyulda başlanacaq

Sürət həvəskarlarının maraqla gözlədiyi daha bir yarış - MotoGP üzrə dünya çempionatı başlanır.

Sportline.az xəbər verir ki, ilk Qran-pri iyulun 19-da İspaniyada olacaq. Yarışların Avropa mərhələsi iyuldan noyabradək 13 ölkədə keçiriləcək. Digər 4 yarış isə - Amerika Birləşmiş Ştatları, Argentina, Tayland və Malayziyada təşkil oluna bilər. Belə olan halda dünya çempionatı dekabrda yekunlaşacaq.