Dünya çempionatı: Kapitan finala yüksəldi

Kikboksçuların dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, İtaliyanın Yesolo şəhərində təşkil edilən mötəbər yarışda millimizin kapitanı Ramal Aslanov üçüncü qələbəsini qazanıb.

Low Kick versiyasında 75 kq çəki dərəcəsində qüvvəsini sınayan Aslanov xorvatiyalı Antonio Krayinoviçə qalib gələrək finala yüksəlib.

Görüşü Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev, federasiyanın vitse-prezidenti Ədalət Kazımov və digər rəsmilər də izləyiblər.