Dünya çempionatı tarixində ən çox dubl edən futbolçular
Futbol üzrə Dünya çempionatları tarixində bir oyunda iki və ya daha çox qol vuraraq dubl edən futbolçular həmişə diqqət mərkəzində olub. Bu göstərici oyunçuların mundial səhnəsində nə qədər təsirli çıxış etdiyini nümayiş etdirən əsas statistik göstəricilərdən biridir.
Sportline.az saytı “365 Scores" nəşrinə istinadən xəbər verir ki, hazırda Fransa millisinin ulduz hücumçusu Kylian Mbappe Dünya kuboku tarixində ən çox dubl edən futbolçu kimi zirvədə qərarlaşıb. Fransız forvard mundiallarda keçirdiyi oyunlarda 5 dəfə bir matçda iki və ya daha çox qol vurmağa nail olub.
Siyahıda onu 4 dublla Lionel Messi, Ronaldo Nazario və Miroslav Kloze izləyirlər. Alman futbolunun əfsanələrindən olan Gerd Müller isə 3 dublla ilk beşliyi tamamlayır.
Bu statistika mundial tarixinin ən məhsuldar hücumçularının böyük turnirlərdə nə qədər həlledici rol oynadığını bir daha göstərir. Mbappenin aktiv futbolçu olduğunu nəzərə alsaq, onun bu rekordu daha da inkişaf etdirməsi gözlənilir.