Dünya çempionatının reqlamenti dəyişir: 48 komanda qatılacaq

FİFA prezidenti Canni İnfantino Dünya çempionatının reqlamentində dəyişiklik olunması fikrində qərarlıdır. SportLine.az xarici mətbuata istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri istəyini həyata keçirə bilsə, qarşıdakı Mundiallara 48 komanda qatılacaq.

Reqlamentə əsasən vəsiqə qazananların heç də hamısı final mərhələsində iştirak edə bilməyəcək. Ən yüksək reytinqli 16 komanda birbaşa, digər 32 komanda isə pley-off mərhələsindən sonra həlledici mərhələdə iştirak hüququ əldə edəcək.

Bununla bağlı gələn ilin yanvar ayında keçiriləcək konqresdə yekun qərarın qəbul ediləcəyi gözlənilir.

Qərar qəbul olunsa, yeni reqlament 2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatından sonra qüvvəyə minəcək.